“Biznes kanvasının modelində müştəri kəşfi”
*29 may 2024 və 3 iyun 2024cü il tarixlərində:*
Stomatologiyada Marketinq
Bizim ilk mühazirələrimiz stomatologiyada marketinqə həsr olunub. Marketinqin əsaslarını öyrənmək stomatologiya tələbələri üçün zəruridir ki, gələcəkdə fərdi praktikaya başlamaq istəsələr, öz brendlərini planlaşdırma və başlama işlərində başa düşsünlər. Bu bacarıqlar həmçinin tələbələrə xəstələri cəlb etmək və saxlamağı anlamaqda kömək edir. Digər stomatoloqlardan seçilmək, unikal xidmətlər və yanaşmalar təklif etmək üçün kömək edir. Marketinq tələbələrə gələcəkdə büdcəni və resursları maksimum səmərə ilə bölüşdürməkdə kömək edəcək. Startaplar və marketinq bir-biri ilə çox sıx bağlıdır, marketinq bilikləri kursun gələcəkdə daha yaxşı başa düşülməsi üçün zəruridir.
Mühazirəçimiz Raşad Abışov Əziz Əliyed adına Azerbaycan dövlət Həkimlərin Təkmilləşdirmə İnstitututun Stomatologiya kafedrasının dosenti stomatoloji marketinqin əsasları , Stomatologiyada marketinqə giriş, marketinqin inkişaf tarixi, stomatoloji biznes kontekstində marketinqin təyini və tətbiq olunan marketinqin əsas prinsiplərinin öyrənilməsi barədə danışdı.
*5 iyun 2024-cü il tarixində:*
Startaplar, yeni innovativ biznes ideyalarını reallaşdırmaq məqsədi ilə yaradılan kiçik müəssisələrdir. Yüksək risk və böyük potensial gəlirlərlə xarakterizə olunur. Startaplar sürətli böyüməyə və tez-tez texnologiya və internet sektoru ilə əlaqələndirilir. Uğurlu startaplar bazarda yeni trend müəyyən edir və ənənəvi biznes modellərini dəyişir. Startap sürətli böyümə və innovasiya ilə əlaqəli olan bir biznes modelidir. Yeni məhsul və xidmətləri bazara çıxarmaq üçün yaradılan şirkətlərdir. Onlar az resurslarla böyük nəticələr əldə etmək məqsədilə çevik və dinamik yanaşmalardan istifadə edir. Çox zamanda investorlar tərəfindən maliyyələşdirilir, bazarda rəqabət üstünlüyü əldə etmək üçün innovativ texnologiyalara və proseslərə əsaslanır. Startap mədəniyyəti, 20-ci əsrin sonlarında və 21-ci əsrin əvvəllərində Silikon Vadisində yaranmışdır. Bu mədəniyyət, texnoloji yeniliklər və təşəbbüskarlıq ruhu ilə xarakterizə olunur. İlk startuplar, kompüter və internet sektorunda fəaliyyət göstərən kiçik texnoloji şirkətlər idi. Onlar sürətli böyümə, çeviklik və risk qəbul etmə mədəniyyəti ilə tanınırdı. Bu mədəniyyət zamanla digər sektorlar və regionlar tərəfindən qəbul edilərək qlobal bir tendensiyaya çevrildi.
Mühazirəçimız Nilufər Seyidova İnnoland İnkubasiya və Akselerasiya mərkəzi
Araştırma və İnkişaf üzrə mütəxəssi bizə Startapların təqdimatı, konseptinə giriş və startap mədəniyyətinin tarixi haqqında mühazirə oxudu.
*10 iyun 2024cü il tarixində:*
Startup prosesi, yeni bir biznes ideyasının həyata keçirilməsi və bazarda uğur qazanması üçün bir sıra mərhələləri əhatə edir. Bu proses ideyanın yaranmasından başlayaraq miqyaslılığa qədər davam edir. Hər bir mərhələ özünəməxsus çətinliklər və imkanlarla doludur. İdeyanın Yaranması: Bu mərhələdə təsisçilər yeni və innovativ bir ideya üzərində düşünürlər. İdeyanın bazar ehtiyaclarını qarşılayıb-qarşılamadığı və potensial müştərilərin marağını cəlb edib-etmədiyi qiymətləndirilir.
Araşdırma və Planlaşdırma: Bu mərhələdə bazar araşdırması aparılır, rəqiblər analiz edilir və hədəf auditoriya müəyyənləşdirilir. Biznes plan hazırlanır və məhsulun və ya xidmətin necə bazara çıxarılacağına dair strategiya qurulur.
Bu arada "ofisdən çıxmaq" prinsipi startapçılara bazarı daha yaxşı başa düşmək, yeni imkanlar tapmaq və dəyişikliklərə uyğunlaşmaqda kömək edir. Bu, uğurlu startap yaratmaq yolunda əsas addımdır.
Həmin suallar Mühazirəçi Günel İmamquliyeva Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayenin təşkili və idarə olunması kafedrası, Tələbə Elmi Cəmiyyətinin sədri, KOİCA tərəfindən seçilmiş təlimçisi bizə açıqlandı.
*12 iyun 2024cü il tarixində:*
Azərbaycan Tibb Universitetinin Elmi Departamentin Startap və konfrans şöbəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “MVP-in və interaktiv inkişafın yaradılmasının əhəmiyyəti. Ümumi startap konsepti” mövzusunda mühazirəni t.ü.f.d. Elviz İsmayılov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru oxudu.
MVP- Minimum Etibarlı Məhsul, komandaya ən az səylə müştərilər haqqında təsdiqlənmiş öyrənmənin maksimum miqdarını toplamağa imkan verən yeni məhsulun versiyasıdır.
Elviz İsmayılov MVP-in risklərindən, necə uğurlu MVP olmaq olar və onun əsas prinsiplərini və texnikalarını təsdiqləməkdən danışdı.
İclası Elmi departamentin müdiri prof. Eldar Qarayev açdı, Elmi departamentin Startap və konfranslar şöbəsinin müdiri dos. Müşfiq Həsənov çıxış etmişdi.
Moderator dos. Abbasova Esmira Mirəhməd qızı.