MİSSİYAMIZ
Azərbaycanın qabaqcıl və dünyanın aparıcı tədqiqat universitetlərindən biri olaraq, tibb təhsili və elmi araşdırma sahəsində milli, regional ehtiyacları qarşılamaq, cəmiyyətin xeyrinə tədqiqatlar təklif etmək, öz təməl dəyərlərinə sadiq, peşəkar və mədəni cəhətdən püxtələşmiş, inkişafa açıq, elmi düşüncəni həyat tərzi kimi mənimsəmiş, cəmiyyətin həyat keyfiyyətini yüksəltmək məqsədilə ən üst səviyyədə təhsil verərək fərdlər yetişdirməkdir
GƏLƏCƏYƏ BAXIŞIMIZ
Elmi araşdırmalarda qabaqcıl, milli və beynəlxalq arenada tərəfdaşları ilə güclü əməkdaşlıq şəbəkəsi olan, ən yaxşı yerli və xarici ali təhsil səviyyəsinə uyğun tədris, elmi və klinik fəaliyyətin yüksək keyfiyyətinin təmin edildiyi, tələbə mərkəzli, səhiyyə sistemi və universitetimiz arasında əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş effektiv sosial tərəfdaşlıq modelinin qurulduğu, əlçatan, yaşanabilən və yaşıllığı zəngin kampusa sahib, iqtisadi, sosial və mədəni həyata töhfə verən və güclü maliyyə strukturuna sahib bir dünya universiteti olmaqdır.
DƏYƏRLƏRİMİZ
- Tariximizə hörmət
- Elmilik
- Ümumbəşərlik
- Müasirlik
- Novatorluq və yaradıcılıq
- Etibarlılıq
- Peşəyə və insanı dəyərlərə hörmət
- İctimai faydalılıq