Əziz tələbələr! Stomatologiya fakültəsinə xoş gəlmisiniz! Nəzərinizə çatdırmaq istəyirəm ki, innovativ tədris metodlarından istifadə edərək sizləri  tibbin yeni naliyyətlərindən xəbərdar olan, müasir tibbi cihazlarla işləməyi  bacaran, savadlı, yüksək ixtisaslı həkim-stomatoloqlar  yetişdirmək üçün Stomatologiya fakültəsinin rəhbərliyi və professor müəllim heyəti var qüvvəsi ilə çalışır. Bu şərəfli və nəcib peşəyə yiyələnmək yolunda hər birinizə uğurlar arzu edirik!

Stomatologiya fakültəsində 7 kafedra fəaliyyət göstərir.

Tələbələrin yüksək keyfiyyətli təhsil alması üçün kafedralar bütün lazımi avadanlıqlarla təchiz olunublar.

Fakültəyə dosent Elmira Ramiz qızı Əliyeva rəhbərlik edir.

Fakültə dekanlığında 1 nəfər dekan müavini, 2 nəfər akademik məsləhətçi və operator çalışır.

2022-ci ildə Azərbaycan Tibb Universiteti, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk və yeganə universitet olaraq, üç ixtisas üzrə Beynəlxalq Akkreditasiyadan uğurla keçmişdir. Onlardan biri də Stomatologiya ixtisasıdır.

Normativ təhsil müddəti Stomatologiya ixtisası üçün 5 ildir.

Normativ təhsil müddətində (5 ildə) tələbə 300 kreditlik dərsi mənimsəməlidir.

Baloniya sisteminə əsasən bilik səviyyəsi 100 ballıq sistemlə qiymətləndirilir.

Stomatologiya fakültəsini bitirən tələbələr terapevt stomatoloq kimi fəaliyyət göstərə və yaxud aşağıdaki ixtisaslar üzrə rezidentura təhsili ala bilərlər:

  1. Üz-çənə cərrahiyyəsi
  2. Sosial gigiyena və səhiyyənin təşkili
  3. Endodontiya
  4. Parodontologiya
  5. Restorativ stomatologiya
  6. Ortopedik stomatologiya
  7. Uşaq stomatologiyası
  8. Ortodontiya

Əlaqə - e.mail: [email protected]
telefon: (+99412) 597 36 88