Namizədlər www.portal.edu.az saytından qeydiyyatdan keçərək aşağıdakı sənədləri yükləməlidirlər:

  • -  Xarici pasportun skan edilmiş surəti
  • -  Orta məktəb və ya lisey attestatı. Ölkənizdə səlahiyyəti olan qurum (Təhsil Nazirliyi) tərəfindən təsdiq edilməli və Azərbaycan dilinə rəsmi tərcümə edilməlidir. Olduğunuz yerdə azərbaycan dilinə tərcümə yoxdursa, onu ingilis və ya rus dillərinə rəsmi tərcümə edib elektron şəkildə səhifənizə yükləyin. 
  • -  HIV (insan immun çatışmazlığı virusu), Hepatit B və C virusları kimi yoluxucu xəstəliklərin heç birinə yoluxmadığınız barədə tibbi arayış;
  • -  Sərhəddən keçmə haqqında həqiqi sənəd;
  • -  3x4 sm ölçüsündə 6 fotoşəkil (son 6 ayda çəkilmiş);
  • -  İngilis dili sertifikatı (IELTS – 6.5 bal və yuxarı; TOEFL – 80 bal və yuxarı). Bu tələb ingilis dilində təhsil almaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.

Xarici tələbələr üçün fakultələr:

  1. Müalicə (tibb)                         Təhsil dili: azərbaycan, ingilis və rus
  2. Stomatologiya                        Təhsil dili: azərbaycan, ingilis və rus
  3. Əczaçılıq                                Təhsil dili: azərbaycan, ingilis və rus
  4. İctimai səhiyyə                       Təhsil dili: azərbaycan, rus
  5. Fizioterapiya                          Təhsil dili: azərbaycan, ingilis
  6. Tibb bacısı                             Təhsil dili: azərbaycan