Qalina Sədirovna Qəniyeva 1985-1993-cü illərdə V.Y.Axundov adına Tibbi-profilaktika Elmi Tədqiqat İnstitutunun Qidalanma gigiyenası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1993-1995-ci ildən Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 1995-2005-ci illərdə kafedranın assistenti, 2005-2008-ci baş müəllimi və 2008-ci ildən -dosenti vəzifəsində çalışır. 1997-ci ildə “Gigiyena” fənni üzrə “Neft emalı zavodunun fəhlələrinin turşu-qələvi tarazlığına, elektrolit mübadiləsinə və ürək-qan damar sisteminin vəziyyətinə alimentar amillərin təsiri” mövzusuna aid namizədlik dissertasiyası müdafiə etmişdir. Kafedranın elmi tədqiqatlarının həyata keçirilməsi üçün məsul icraçıdır. İşlədiyi müddətdə 100-dən çox çap olunmuş elmi məqalə, metodik material və tədris vəsaitlərinin müəllifidir. 

2017-ci ilin aprel ayından etibarən Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

27 dekabr 2022-ci il tarixində  dekan vəzifəsini müvəqqəti icra etmiş,13 dekabr 2023-cü ildən dekan vəzifəsinə təyin olunmuşdur.

Beynəlxalq təşkilatlarda (UNİCEF, WHO, WFP) və Səhiyyə Nazirliyinin praktik orqanlarında (normativ sənədlərin, protokol və s. işlənməsi) qidalanma məsələləri üzrə ekspert və məsləhətçidir. Çoxlu Beynəlxalq treninq və seminarlarda iştirak edib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kodeks Alimentarius Milli Komissiyasının və Elmi Komitənin üzvüdür.