Məmmədova Nailə Çingiz qızı

        Nailə Məmmədova Çingiz qızı,1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.

        2000-2004 ci illərdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Kimya-biologiya ixtisası üzrə təhsil almışdır. 2006 - cı ildə həmin Universitetinin  İnsan və heyvan fiiologiyası ixtisası üzrə magistraturanı bitirmişdir.

       2009-2022-ci illə ərzində Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında baş laborant vəzifəsində, 2023-cü ildən hal-hazıradək həmin kafedrada müəllim vəzifəsində çalışır. Uzun müddət Azərbaycan Tibb Universitetində keçirilən  imtahanlarda nəzarətçi kimi iştirak etmişdir. 2016-2018 -ci tədris illərində Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında baş laborant saat hesabı müəllim işləmiş, 2020 - ci ildən 2023-cü ilə qədər İctimai Səhiyyə dekanlığında akademik məsləhətçi vəzifəsində çalışmış, 2023-cü ildən bu günə qədər  həmin dekanlıqda dekan müavini vəzifəsində çalışır.

     10 elmi əsərin müəllifidir. Fakültənin tabeliyində olan Tibb bacısı işi ixtisasında tələbələrin Orhun dəyişim proqramı ilə Türkiyənin müxtəlif ( Gazi və Ege) universitetlərində təhsillərinin davam etdirilməsində lazım olan sənədlərin toplanmasında, fənlərin uyğunluğa görə seçilməsində yaxından  iştirak etmişdir.  2023-cü ildə Tibb bacısı işi ixtisası üzrə Ege universiteti ilə keçirilən simpoziumunun düzənləmə kurulumunun üzvüdür.