Elmimetrik araşdırma və beynəlxalq elmi əməkdaşlıq şöbəsi

Şöbə xarici universitetlərdə çalışan elmi-tədqiqatçılar ilə daim əlaqə saxlayaraq elmi tərəfdaşların axtarılması, müştərək elmi-tədqiqat işlər aparılması ilə əlaqədar müqavilələrin hazırlanması ilə  məşğul olur. Elmi işlərin plagiat təftişi və elmi tədqiqatların nəticələrinin monitorinqi; əməkdaşların əhəmiyyətli elmi nəticələrinin, o cümlədən konfrans və simpoziumlarda əldə olunan nəticələrin, məqalə, patent və digər elmi nəticələrin universitetin saytında işıqlandırılması; xarici mütəxəssislərin iştirakı ilə mühazirə və vebinarların keçirilməsi şöbənin əsas prioriteləri və vəzifələrinə daxildir. Elmi məqalələrin düzgün tərtib olunması və yüksək impakt faktorlu junallarda dərc olunması istiqamətində seminar və vebinarların təşkil olunması şöbənin digər prioritet məsələrinə daxildir.