Əqli mülkiyyətin inkişafı, qrant, patent və elmi ekspertiza şöbəsi

Şöbənin fəaliyyəti elmi-texniki proqramlar və müsabiqə əsasında maliyyələşdirilən qrantlar çərçivəsində aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün zəruri şəraitin təmin edilməsinə yönəlmişdir.

Universitetin inkişafının əsas məqsədlərindən biri də universitet əməkdaşlarının elmi əsərlərinin nəşr fəaliyyətinin və istinadların keyfiyyətinin yüksəldilməsi, universitetin dünya elmi ictimaiyyətində şöhrətinin artırılması, dünya ən yaxşı universitet reytinq bazalarında reytinqinin yüksəlməsidir.

Nəşriyyat fəaliyyətinin inkişafı şöbəsi tələbələrə, doktorantlara və gənc alimlərə nəşr fəaliyyətinin təşkilində köməklik göstərir, onları beynəlxalq jurnallarda məqalələr dərc etmək imkanları barədə məlumatlandırır, yazı bacarıqlarının inkişafına, mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş tədbirlər təşkil edir, elmi ünsiyyət sahəsində peşəkar səriştələrin təkmilləşdirilməsinə yardımçı olur.

Şöbənin məqsədi doktorant və tələbələrin elmi və innovativ potensialının inkişaf etdirilməsi və həyata keçirilməsidir.