Aygün Kazımlı
2007-ci ildə İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-ci ildə Almazov adna Milli Tibb-Tədqiqat Mərkəzində “Ağciyər hippertenziyasının şiddətinin qiymətləndirməsi üsullarının müqayisəli xarakteristikası” mövzusunda fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmişdir. Müxtəlif Beynəlxalq Konfranslarda məruzəçi və iştirakçı qismində iştirak etmişdir. SERAPHİN Beynəlxalq Klinik Tədqiqatında tədqiqatçı olmuşdur. 2016-ci ildən Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır. “Pasha Holding” Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən Azərbaycan Respublikasında Pulmonar Hipertenziya ilə bağlı Maarifləndirmə Fəaliyyətlərinin həyata keçirilməsi layihəsinin rəhbəridir. Open Medical Institute tərəfindən təşkil olunan ”Public Health Strategy I” və “Public Health Strategy II” təlimlərində iştirak etmişdir. Azərbaycan və Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür. 25-dən artıq elmi əsərin müəllifidir. Google Scholar Platformasında Hirş indeksi-4.