"Fakülteye Elveda, Hekimliğe Merhaba" adlı online tədris proqramı keçiriləcək

Diqqətinizə çatdırmaq istərdik ki, İstanbul Universiteti və Azərbaycan Tibb Universitetinin əməkdaşlığı çərçivəsində,  İstanbul Universitetinin Tibb fakultəsinin və Doktorclub online platformasının dəstəyi ilə 8-12 iyun 2020-ci il tarixlərində "Fakülteye Elveda, Hekimliğe Merhaba" adlı online tədris proqramı keçiriləcəkdir. Azərbaycan Tibb Universitetinin tələbə və rezidentlərini, həmçinin, gənc həkimləri proqramda iştirak etməyə dəvət edirik. Proqram və proqrama qeydiyyat  haqqında ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə və qeydiyyatdan keçə bilərsiniz.

Qeyd: Azərbaycan Tibb Universitetinin tələbələri qeydiyyat zamanı "Okul öğrenci Numaranız bölümünə" öz tələbə kodlarını daxil edə bilərlər. Həmçinin, qeydiyyat zamanı şəxsi email adresindən istifadə oluna bilər.

Tələbələr qeydiyyat qaydalarını öyrənmək üçün bu linkə daxil ola bilər:

Rezident və həkimlər qeydiyyat qaydalarını öyrənmək üçün bu linkə daxil ola bilər: