TƏKRAR ALİ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

 

         Azərbaycan Tibb Universitetinin aşağıda qeyd olunan müvafiq ixtisasları üzrə (əyani formada tədrisə tam cəlb olunmaqla) təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu elektron qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə həyata keçirilir.

Sıra №si

İxtisasın şifrəsi

İxtisasın adı

Təhsil haqqı

1

6100003

Tibb

6500

2

6009003

İctimai səhiyyə

5000

3

6100002

Stomatologiya

6000

4

6009001

Əczaçılıq

5000

5

6009002

Fizioterapiya və tibbi reabilitasiya

5000

6

6009005

Tibb bacısı işi

5000

 

Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında təhsilin birinci ilində tam şəkildə ödənilir. Əcnəbi vətəndaşlar üçün təhsil haqqı 6000 ABŞ dolları təşkil edir.

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

2020/2021-ci tədris ilindən etibarən bütün ixtisaslar üzrə Təhsil Proqramları dəyişilmiş və yenisi qəbul olunmuşdur. Buna görə də əlavə təhsil almaq istəyənlər hər hansı ixtisas üzrə Təhsil Proqramında nəzərdə tutulmuş bütün fənləri (I – VI kurslar üzrə olmaqla) yenidən dinləməlidirlər. Təhsilalma forması tədrisə tam cəlbolunma (full time) olacaqdır.

Nəzərə almağınız xahş olunur.

Ünvan: Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 14, Azərbaycan Tibb Universiteti

Telefon: (+99412) 597 44 90

e-mail: [email protected]