Elmi-praktik konfransda iştirak etmək istəyənlərin nəzərinə!

14.03.2019-cu il tarixində “XIV Ümumdünya Böyrək Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Konfrans materialları (tezislər) toplu şəklində dərc ediləcək.

 

KONFRANS MATERAİLLARININ TƏRTİB OLUNMASI  QAYDALARI 

  1. Materiallar  tezis şəklində – 2 səhifədən artıq olmamalıdır. Əlyazma 1 nüsxədə kompyuter yazısı şəklində təqdim olunmalıdır. Mətn kompyuterdə Word redaktorunda (interval – 1,5; şrtift – Times New Roman; şriftin ölçüsü – 14 pt, sahə – standart, abzas ilk sətirdə 1,25 sm olmaqla) tərtib edilməlidir. Əlyazmadan əlavə, CD diskdə elektron variantda (faylın tipi- Microsoft Word 2003, faylın adı birinci müəllifin soyadı ilə müəyyənləşdirilir) təqdim olunmalıdır.
  2. Materialın başlığı aşağıdakı qayda da yazılmalıdır: 1) tezisin adı (baş hərflərlə), 2) müəlliflərin soyadı, adı və atasının adı, 3) tədqiqat aparılan müəssisənin adı tam yazıılmalıdır.
  3. Tezis “giriş”, “material və metodlar”, “nəticələr və onların müzakirəsi” , “yekun” kimi hissələrdən təşkil olunmalıdır.
  4. Mətndə qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.
  5. Materialların əlyazması, elektron variantı və ödəniş 11.02.2019-cu il tarixinə qədər çatdırılmalıdır.

Materiallar ödənişli əsaslarla dərc olunacaqdır: 1 səhifənin qiyməti 10 manatdır.

Əlyazma və materialın CD şəklində elektron variantı aşağıdakı ünvana çatdırılmalıdır:

Bakı şəhəri, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası, Nefrologiya şöbəsi, ass. İsmayılova Şəlalə

Tel: (+994)-55-582-81-41

Konfransın təşkilat komitəsi

 

Bütün içtirakçılar (tezis təqdim edənlər, məruzəçilər, tezis və məruzəsi olmayan içtirakçılar) rəsmi web-site-dan qeydiyyatdan keçməlidirlər:

https://goo.gl/forms/DR6WRV35NZxM7pTq1