09 fevral 2019-ci il saat 09:00-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Uşaq Cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş “Uşaq cərrahiyyəsi üzrə Elmi-Praktiki Konfrans” keçiriləcək.
Konfrans ATU-nun əməkdaşları üçün ödənişsiz, digər iştirakçılar üçün ödənişlidir. Məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, konfrans iştirakçılarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 Davamedici Tibbi Təhsil Balı veriləcək.
Ünvan: ATU Cərrahiyə Klinikası, Tədbirlərin İdarəetmə mərkəzi (ATU TCK 13-cü Mərtəbəyə) Tel.:+99450 228 20 65