Tələbələrin nəzərinə!

Azərbaycan Tibb Universitetinin tələbələri TOM layihəsi çərçivəsində köməyi ehtiyacı olan insanlara yardım edə bilərlər.

Bu layihə xüsusi qayğıya ehtiyacı olan insanların problemlərini həll etmək üçün startap ideyaları qəbul edir və onların reallaşmasına kömək edir. 

 

Fevralın 28-də saat 16:30 da Azərbaycan Tibb Universitetində layihə rəhbərləri və layihəyə dəstək olan İsrail səfirliyinin nümayəndə heyəti ilə görüş keçiriləcək. Görüşdə TOM layihəsi haqqında təqdimat keçiriləcək. 
ATU tələbələri də fiziki məhdudiyyətli insanların hər gün üzləşdiyi problemlərin aradan qaldırılması üçün əlçatan həllər yarada bilərlər.

 

ATU tələbələri aşağıdakı iki şəxsin probleminə yardım edə bilər:
1)53 yaşlı Mirzə Məmməd Vəliyev Əzələ distrofiyasındna əziyyət çəkir. Onun əlil kürsüsündən müstəqil şəkildə hansısa digər yerə keçməsin kömək edən yeniliyə ehtiyacı var.

 

2)31 yaşlı BD tələbəsi Xanoğlan Sadıqovun 1-ci dərəcəli görmə məhdudiyyəti var. O, öz ixtisası üzrə kitabları oxumaq istəyi. Bunun üçün görmə mədudiyyəti olan insanların elektron və audio kitabları dinləməsinə imkan verən mobil tətbiqə ehtoyacı var. 
Hörmətli tələbələr!

 

Əgər siz bu insanların probleminə yardımçı ola biləcək hansısa startap layihəsi, texnoloji həllər hazılaya bilərsinizsə, onda 2 gün ərzində ATU-nun elmi işlər üzrə şöbəsinə, ATU-nun Tələbə Həmkarlar Komitəsinə müraciət etməyiniz xahiş olunur.

 

Siz fiziki məhdudiyyətli insanların hər gün üzləşdiyi problemlərin aradan qaldırılması üçün əlçatan həllər yarada bilərsiniz.

 

Ünvan: Bakı şəh.,Nəsimi ray., Ənvər Qasımzadə küç.,18 (ATU-nun 2 saylı tədris binası)

 

http://tombaku.barama.az/