Online kurslarda iştirak etmək istəyənlərin nəzərinə!

09-10 mart 2019-cu il tarixlərində Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə klinikasında “Temporal” və “Endoskopik Sinus Cərrahiyyəsi” online disseksiya kursları keçiriləcəkdir.

 

Online kurslar Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. Hər bir kursda iştiraka görə hər bir iştirakçı 8 davamlı təhsil kredit balı əldə edəcəkdir. 

 

Otorinolarinqoloqlar, üz-çənə cərrahları, plastik cərrahlar, ümumi cərrahlar, anatomlar kursda iştirak etməklə davamlı təhsil kredit balı əldə edə bilərlər!

 

Kursda iştirak qiyməti:
Temporal (Gicgah sümüyü) disseksiya kursu -40 azn; 
Endoskopik sinus cərrahiyyəsi kursu – 50 azn.

 

Online kursda iştirak edə bilmək və davamlı təhsil kredit balı əldə edə bilmək üçün www.orl.org.az saytının müvafiq bölümündə qeydiyyatdan keçmənizi rica edirik.

 

Qeyd: Tədbirdə əldə edilmiş kreditlərin iştirakçıların elektron hesabatında əks olunması üçün şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fin kodu qeydiyyat masasına təqdim olunmalıdır!

 

Online kursun keçirilmə məkanı:
Azərbaycan Tibb Universiteti, Tədris- Cərrahiyyə Klinikası ATU –TCK, 
13 mərtəbə konfrans zalı