Qanvermə aksiyasında iştirak etmək istəyənlərin nəzərinə!

ATU-nun Tədris Terapevtik Klinikasında KÖNÜLLÜ qanvermə aksiyasına start verilib.

 

Belə ki, klinikanın ağır xəstələri üçün qan komponentlərinə ehtiyac duyulur.

 

Qan verməklə siz həm həyat xilas edə, həm də pulsuz olaraq, qanın ümumi analizi, Hepatit B, C, HİV, sifilis testlərindən də keçə bilərsiz.

 

Qeyd edək ki, donor qəbulu aprel ayının 10-dan 20-nə qədər nəzərdə tutulub. Qan qəbulu həftə içi saat 09:00-dan 14:00-a kimi, şənbə günü isə saat 12:00-a qədərdir. 
Maraqlanan şəxslər ATU-nun Tədris Terapevtik Klinikasının Qan bankına müraciət etsinlər.

 

Ünvan: Bakı şəh., Nəsimi ray., Mərdanov Qardaşları, 1001-ci məhəllə. ATU-nun TTK-sının 3-cü mərtəbəsi qan bankı.