11-12.05.2019-cu il 09:00-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Tibb Universiteti Neyrocərrahlıq Kafedrasının yaranmasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans” keçiriləcək.
Konfrans Azərbaycan Tibb Universiteti əməkdaşları üçün ödənişsiz, kənar həkimlər üçün ödənişlidir. AR Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 10 Davamedici Tibbi Təhsil Balı veriləcək.
Ünvan: Bakı şəh., Nəsimi ray., Səməd Vurğun küç.155, ATU Tədris Cərrahiyə Klinikası
Tel.:+99450 228 20 65