ATU-nun Tədris Terapevtik Klinikasının rezident həkimi tərəfindən tələbələr üçün pulsuz müayinə təşkil olunur. Belə ki, bu müayinə təkcə ATU tələbələri üçün deyil, bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub.
Müayinələr qastroenteroloq rezident həkim Samirə Məmmədova tərəfindən aparılacaq. Müayinələr həftə içi saat 15.00-dan 19.00-a qədər, şənbə günləri isə saat 16.00-dan 19.00-a qədər aparılır.
Pulsuz müayinədən əlavə abdominal USM da pulsuz olaraq aparılacaq, zeruri laborator analizlərə 50% endirim tətbiq olunacaq.
Kampaniya may ayının 4-dən iyun ayının 1-nə qədər davam edecek.
Ünvan: Bakı şəh., Mərdanov qardaşları küç., 1001-ci məhəllə.