Kampaniyada iştirak etmək istəyənlərin nəzərinə!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası pulsuz kardioloji müayinə kampaniyası təşkil edir.

 

Mayın 10-da ATU-nun Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov uşaqların kardioloji müayinəsini keçirəcək. Müayinə saat 09:00-dan 15:00-a qədər keçiriləcək. 

 

Ünvan: Bakı şəhəri, Mərdanov qardaşları 1001-ci məhəllə, ATU-nun Tədris Terapevtik Klinikası (10-cu mərtəbə)
Əlaqə: (+994 50 647 41 29)