Sizi 19-21 sentyabr 2019 - cu il tarixində Bakıda "FAİRMONT HOTEL" - də təşkil edəcəyimiz 17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresinə dəvət etməkdən qürur hissi duyuruq. Beynəlxalq Pediatrik Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage"-ın təşkilatçılığı ilə həyata keçirilən konqresdə yerli və xaricdən dəvət edilmiş məruzəçilərin çıxışlarına qatılmaqla həm sosial əlaqələr yaratmaq, həm də elmi araşdırmalar və məlumatları əldə etmək fürsətindən yararlana biləcəksiniz.
Həmçinin nəzərinizə çatdıraq ki, 19 sentyabr 2019 tarixində konfrans öncəsi 2 kurs - Beynəlxalq İnkişafın İzlənməsi və Dəstəklənməsi Kursu və həmçinin Yeni doğulmuşlara Müasir Yanaşma Kursu keçiriləcəkdir.
Konfrans və kurslara qeydiyyat ödənişlidir.
Konfransa qeydiyyat linki: https://medproinfo.com/event/2021
19-22 Sentyabr 2019 tarixləri arasında Azərbaycan, Bakıda sizləri də tədbrimizdə görməyə çox şad olarıq.