Rektorun qəbuluna qeydiyyat onlayn aparılır

Artıq Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin qəbuluna qeydiyyat yalnız onlayn qaydada aparılacaq.

Rektorun qəbuluna yazılmaq üçün ATU-nun rəsmi saytının əsas səhifəsində “Rektorun qəbulunun onlayn qeydiyyatı” bölməsindən, və ya aşağıdakı linkdən istifadə etmək olar.

http://www.amu.edu.az/az/pages/5617…

Qeyd edək ki, ATU rektoru, professor Gəray Gəraybəylinin qəbulu həftənin 1-ci və 4-cü günləri saat 15:00-17:00 arasında apırılır. Həmin günlər yalnız 14.30-dək onlayn qaydada qəbula yazılmaq mümkündür.

 

Yerdə qalan günlərdə isə istənilən vaxt qeydiyyatdan keçmək olar.

 

Qeydiyyat zamanı tələbələr, ATU əməkdaşları və vətəndaşlar özlərinə aid bölməni seçib zəruri məlumatları daxil etməlidir.