Beynəlxalq Simpoziumda iştirak etmək istəyənlərin nəzərinə!

4-7 iyun 2020-ci ildə Qazaxstanın Aktobe şəhərində Morfoloji elmlər üzrə 27-ci Beynəlxalq Simpozium keçiriləcəkdir.

 

Müstəqil dövlətlər arasında keçiriləcək tədbirdə ilk dəfə olaraq Gənc  alimlər üçün xüsusi bölmə ayrılacaq, tələbələr isə öz elmi işlərini tezis şəklində, şifahi və poster məruzələrini təqdim edə bilərlər. Konqresin işində yeni istiqamət kimi “Tibb təhsili” və “İdman təbabətində morfoloji elmlərin tətbiqi” adlı bölmələr fəaliyyət göstərəcək.

 

Konfransın elmi materialları  “Annals of Anatomy”   jurnalında Beynəlxalq indeksləşdirmə bazalara daxil olan (“Science Citation Index, Scopus, PubMed/Medline” və s.) jurnalın impakt faktoru -  2, 241. Tezislərinizi 2020-ci il fevralın 29-na qədər göndərə bilərsiniz.

 

Tədbir haqqında bütün məlumatı aşağıda qeyd olunan saytda əldə edə bilərsiniz.

www.isms2020.kz