Yubiley konfransında iştirak etmək istəyənlərin nəzərinə!

ATU – nun sabiq tədris işləri üzrə prorektoru, 1989 - 1994 - cü illərdə ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsində çalışmış, tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-təcrübi konfrans keçiriləcək.

Konfransın 2019 - cu ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

 

Konfransda elmi  məqalə ilə çıxış etmək istəyənlərin nəzərinə!

Məqalələri 10 oktyabr 2019 cu-il tarixinə qədər ATU - nun ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasına təqdim etməyiniz mütləqdir. Göndərilən məqalələr aşağıdakı qaydalara əməl olunmaqla tərtib olunmalıdır:

 

1. Məqalələr 3-5 səhifə həcmində, A-4 formatlı vərəqdə, komputerin Times New Roman 14 şrifli ilə, 1,5 intervalda, səhifə kənarındakı sahələr gözlənilməklə (solda 3 sm, sağda 1 sm, yuxarıda 2 sm, aşağıda 3 sm) çap olunmalı və CD-R disklə birlikdə təqdim edilməlidir. Azərbaycan dilində olan məqalələrə rus, rus dilində olan məqalələr  azərbaycan dilində 0,5 səhifəlik annotasiyaya əlavə olunmalıdır.

 

2. Məqalənin başlanğıcında müəllifin (müəlliflərin) ad, ata adı, soyadı, sonra məqalənin adı (başlıq hərflərlə), daha sonra isə məqalənin göndərildiyi təşkilat və kafedranın adı göstərilməlidir.

 

3. Məqalələrin çapı (20 manat) ödənişlidir.

 

Məqalərin qəbul olunacağı ünvan: bakı şəh. Mərdanov qardaşları 98. (ATU - nun V saylı tədris binası, 4 - cü mərtəbə)

Əlaqə nömrələri: 495-45-53,

                         +99450 332-93-74