2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 1 oktyabr 2019-ci il tarixindən başlanılır. Rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.
1 Ali tibb təhsili haqqında diplom və surəti (4 nüsxə)
2 Şəxsiyyət vəsiqəsinin surəti (4 nüsxə)
3 Yaşayış yerindən arayış
4 Nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)
5 Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
6 Sağlamlıq haqqında arayış
7 Hərbi biletin surəti (mövcud olduğu halda)
8 Dövlət sığorta şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
9 Tərcüməyi hal (geniş ailə tərkibi haqqında)
10 Kadrların şəxsi uçot vərəqi
11 Əmək kitabçası (mövcud olduğu halda)
12 3x4 fotoşəkil (4 ədəd)