Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.
Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Yekun Attestasiyanın test mərhələsi 28.10.2019-cu il tarixində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 23.10.2019-cu il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.
Yekun Attestasiyanın test mərhələsi üzrə imtahan cədvəli
28.10.2019-cu il tarixində saat 930-da başlayan ixtisaslar
Psixiatriya, Ftiziatriya, Gigiyena, Sosial-gigyena və səhiyyənin təşkili, Mikrobiologiya, Laboratoriya işi, Epidemiologiya, Anesteziologiya-reanimatologiya, İmmunologiya, Allerqologiya, Narkologiya, Fizioterapiya və tibbi bərpa, Oftalmologiya, Patoloji anatomiya və məhkəmə tibbi ekspertizasI, Revmatologiya, Qastroenterologiya, Hematologiya, Terapita, Kardiologiya, Dermatovenerologiya, Stomatologiya, Yoluxucu xəstəliklər.
28.10.2019-cu il tarixində saat 1100-da başlayan ixtisaslar
Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi,Otorinolarinqologiya, Onkologiya, Urologiya, Mamalıq-ginekologiya, Nevrologiya, Nefrologiya, Endokrinologiya, Pediatriya, Şüa-diaqnostikası, Üz-çənə cərrahiyyəsi, Travmatologiya-ortopediya.
Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 30.10.2019, 31.10.2019 və 01.11.2019-cu il tarixlərində saat 09:30 Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilmişdir:
İxtisaslar |
Tarix |
Yekun attestasiya praktik mərhələsi üzrə keçiriləcəyi yer |
Psixiatriya Narkologiya |
30.10.2019
|
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası, 2 nömrəli Psixiatriya Xəstəxanası |
Ürək-damar cərrahiyyəsi
|
30.10.2019
|
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası II mərtəbə |
Ümumi cərrahiyyə |
31.10.2019 1.11.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə |
Plastik cərrahiyyə |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
Urologiya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə |
Nefrologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
Revmatologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə |
İmmunologiya
|
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, I mərtəbə |
Ftiziatriya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrası |
Gigiyena
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası, IV mərtəbə |
Mikrobiologiya
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə |
Laboratoriya işi |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, Biokimyəvi laboratoriya |
Epidemiologiya
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, VII mərtəbə |
Anesteziologiya-reanimatologiya |
30.10.2019 31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
Oftalmologiya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
Allerqologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, I mərtəbə |
Stomatologiya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris mərkəzi |
Onkologiya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası |
Mamalıq-ginekologiya |
30.10.2019 31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
Otorinolarinqologiya |
30.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
Nevrologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə |
Terapiya
|
31.10.2019 01.11.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə |
Kardiologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə |
Qastroenterologiya
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə |
Hematologiya |
31.10.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə |
Dermatovenerologiya
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə |
Yoluxucu xəstəliklər
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə |
Endokrinologiya
|
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə |
Pediatriya
|
31.10.2019 01.11.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə |
Şüa diaqnostikası
|
31.10.2019 01.11.2019 |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə |
Üz-çənə cərrahiyyəsi |
30.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza |
30.10.2019 |
Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi |
Sosial gigiyena və səhiyyənin təşkili |
31.10.2019
|
Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili |
Fizoterapiya və tibbi bərpa |
31.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə |
Neyrocərrahiyyə |
30.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə |
Travmatologiya-ortopediya |
30.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə |
Uşaq cərrahiyyəsi |
30.10.2019
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.