ATU-nun 90-cı yubiley ili münasibətilə təşkil olunan layihələrə davam edirik!

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının (ATU TGT) təşkilatçılığı ilə “17 noyabr –Beynəlxalq Tələbə Günü” münasibətilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin Sədr müavini, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla tələbələrin səmimi görüşü baş tutacaq. Məlumat üçün qeyd etmək istəyirik ki, Nadir Adilov "Gəncsən? Başla!" və "Məqsədlisən?" adlı işgüzar və fərdi inkişaf kitablarının müəllifidir.

 

Təşkil olunacaq görüş çərçivəsində tələbələr üçün maarifləndirici seminar və tədbirdə iştirak edən ilk 200 nəfərə müəllifin "Məqsədlisən?" adlı imzalı kitabı hədiyyə olunacaqdır.

 

Tarix : 19.11.2019 Saat : 16:00 Ünvan : ATU ; Fizika-kimya korpusu, II mərtəbə