Rezidentlərin nəzərinə!

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.

Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Təkrar Yekun Attestasiyanın test mərhələsi 27.11.2019-cu il tarixində saat 1000-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Təkrar Yekun attestasiyanın praktik mərhələsi  29.11.2019-cu il tarixlərində saat 09:30 Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur.

 

Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər  aşağıdakı cədvəldə verilmişdir:

 

İxtisaslar

Tarix

 

Yekun attestasiya praktik mərhələsi  üzrə

keçiriləcəyi yer

Psixiatriya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Psixiatriya  kafedrası,

2 nömrəli Psixiatriya Xəstəxanası

Ürək-damar cərrahiyyəsi

 

29.11.2019

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

II mərtəbə

Ümumi cərrahiyyə

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  X mərtəbə

Plastik cərrahiyyə

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Urologiya

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə  

Nefrologiya

29.11.2019

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə

Ftiziatriya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutu

Mikrobiologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, 

III mərtəbə

Laboratoriya işi

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası,  Biokimyəvi  laboratoriya

Anesteziologiya-reanimatologiya

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  IV  mərtəbə

Oftalmologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə

Stomatologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi

Mamalıq-ginekologiya

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Otorinolarinqologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Terapiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

VIII mərtəbə

Kardiologiya

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə

Qastroenterologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

XI mərtəbə

Hematologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə

Yoluxucu xəstəliklər

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

I mərtəbə

Endokrinologiya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

IX mərtəbə

Pediatriya

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

V mərtəbə

Şüa diaqnostikası

 

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

II mərtəbə

Üz-çənə cərrahiyyəsi

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,

VI mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

29.11.2019

Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi

Travmatologiya-ortopediya

29.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,

IX mərtəbə

 

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.