Beynəlxalq müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!

“İlin ən yaxşı tələbə elmi tədqiqatçısı”adı uğrunda Beynəlxalq müsabiqə keçiriləcək!

 

19 dekabr 2019-cu il saat: 10:00-da Azərbaycan Tibb Universitetində “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı adlı beynəlxalq müsabiqə”si keçiriləcək.

 

Müsabiqə iki formatda - poster məruzəsi və məruzə çıxışları formatında olacaq. Tədbirə 30-a yaxın elmi məruzə daxil edilib. Bunlardan 12 məruzə xarici ölkə tələbələrinin, digərləri bizim ölkə universitetlərindir.

 

Qeyd edək ki, tədbirin sonunda bütün iştirakçılara sertifikart təqdim olunacaq. Ən yüksək bal toplayanlar isə xüsusi mükafata layiq görüləcəklər.

 

Əlavə məlumat üçün: ATU-nun TEC-in sədri, t.e.d. Müşfiq Həsənov.
Əlaqə telefonu: (050)313 78 55
Ünvan: Bakı şəh., Nəsimi ray., Mərdanov Qardaşları küç.,1001-ci məhəllə (ATU-nun Tədris Terapevtik Klinikası 14-cü mərtəbə)