8-ci Elmi -Təcrübi Konfransda iştirak etmək istəyənlərin nəzərinə!

2020-ci ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunan Azərbaycan Tibb Universiteti Rezidentlərinin 8-ci Elmi-Təcrübi Konfransının keçirilməsi nəzərdə tutulmuşdur. (ATUREK-8). Konfransın təşkilat komitəsi bütün klinik bazaların rezidentlərini konfransda iştirak etməyə və konfransın toplusunda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri səsli və poster məruzələr şəklində dinləniləcəkdir. İştirakçılar 40 ixtisas üzrə tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşacaq və müzakirə edəcəklər. Konfrans ATU-nun 4 klinikasında, 15 konfrans salonunda keçiriləcəkdir.

Münsiflər heyəti tərəfindən ən yaxşı səsli və poster məruzələr diplom və hədiyyələrlə mükafatlandırılacaqdır. Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcəkdir. Ən yaxşı elmi tədqiqat işləri məqalə şəklində çap üçün seçiləcək və müvafiq elmi işlərin rəhbərlərinə diplomlar veriləcəkdir.

Konfransın təşkilat komitəsi ölkə rezidentlərini konfransda iştirak etməyə, topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib edilməlidir:

· 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);

· Times New Roman 14 (AZ) şriftində;

· Azərbaycan, rus və ya ingilis dilllərində;

· Tezisin bəndləri və onların ardıcıllığı:

o tezisin başlığı;

o tezisin müəllifləri, işin rəhbəri;

o tezis müəlliflərinin çalışdığı müəssisə;

o açar sözlər;

o giriş;

o tədqiqatın məqsədi;

o material və metodlar;

o nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);

o müzakirə.

Tezislər 15.03.2020-ci il tarixinə qədər müəllifin telefon №-si qeyd olunmaqla (CD-də və rezidentin rəhbərinin dərkənarə ilə çap olunmuş variantda, Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinə (saat 830-dan 1500-dək) təqdim etməyiniz Sizdən xahiş olunur.