Rezidentlərin nəzərinə!

2020-ci il fevral ayında Azərbaycan Tibb Universitetində həkim-rezidentlər üçün  təkrar yekun attestasiya imtahanə keçiriləcəkdir.

Əmək qabilliyyətini müvəqqəti itirmiş, sosial məzuniyyətlə əlaqədar 2019-cu il oktyabr ayında iştirak edə bilməyənlər və yekun attestasiya imtahanından keçməyən həkim-rezidentlər.

Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 45 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 40 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir.5 sual acıq test sualları olub hər biri 2 balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı  amu.edu.az yerləşdirilibdir

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi 25.02.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 20.02.2020-ci il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilə rlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 27.02.2020-ci il tarixlərində saat 09:30 Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər  aşağıdakı cədvəldə verilmişdir:

 İxtisaslar

Tarix

Yekun attestasiya praktik mərhələsi  üzrə

keçiriləcəyi yer

Ürək-damar cərrahiyyəsi

 

27.02.2020

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

II mərtəbə

Ümumi cərrahiyyə

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  X mərtəbə

Plastik cərrahiyyə

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Urologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə  

Nefrologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə

Mikrobiologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, 

III mərtəbə

Laboratoriya işi

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası,  Biokimyəvi  laboratoriya

Anesteziologiya-reanimatologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  IV  mərtəbə

Oftalmologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə

Onkologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası

Mamalıq-ginekologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Otorinolarinqologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Nevrologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası,  VII mərtəbə

Terapiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

VIII mərtəbə

Kardiologiya

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə

Qastroenterologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

XI mərtəbə

Hematologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə

Dermatovenerologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

I mərtəbə

Yoluxucu xəstəliklər

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

I mərtəbə

Endokrinologiya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

IX mərtəbə

Pediatriya

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

V mərtəbə

Şüa diaqnostikası

 

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

II mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

27.02.2020

Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi

Neyrocərrahiyyə

27.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,

IX mərtəbə

 

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.