Həkim və rezidentlərin nəzərinə!

Fevralın 24-də saat 16.00-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Travmatoloji xəstələrə yanaşma və travmatik şok" mövzusunda seminar baş tutacaq.

Seminar Travmatologiya və Ortopediya, Reanimatologiya-Anesteziologiya və intensiv terapiya şöbələrinin birgə təşəbbüsü ilə keçirilir. Seminar klinikanın 13cü mərtəbəsində konfrans zalında baş tutacaq.