Tələbələrin nəzərinə!

ATU Tələbəsi 13-cü qrant müsabiqənin qalibi olub

Azərbaycan Tibb Universiteti I Müalicə Profolaktika fakültəsinin 4-cü kurs tələbəsə Cavid Mustafazadə Azərbaycan Gənclər Fondnun elan etdiyi 13-cü qrant müsabiqədə "İlkin tibbi yardım Hər kəs üçündür" adlı layihə ilə iştirak edib və layihə qrant müsabiqənin qaliblərindən biri olub.

 

Layihədən bütün universitet tələbələri yararlana biləcək!

Belə ki, bu layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 27-29 fevral saat 15:00-17:00 tarixlərində baş tutacaq.

Layihənin məqsədi gənclər arasında ilkin tibbi yardım bacarıqlarının formalaşması və baş verə biləcək hər hansı bir təcili vəziyətdə nələr edilə biləcəyini aşılamaq eyni zamanda beynəlxalq və yerli tədbirlərdə "ilkin tibbi yardım komandası" olaraq iştirak etmək üçün formalaşmış bir heyət qurmaqdır.

 

Layihə 2 hissədən təşkil olunacaqdır.
1-ci hissədə ən yüksək nəticə göstərən 10 gənc, 2-ci hissədə praktik təlimlərdə iştirak hüququ qazanacaq

 

Layihənin 1-ci hissəsi seminalar hissəsidir.
Layihənin seminar bölümünün hər iki günündə iştirak edən və imtahan verən bütün gənclər rəsmi sertifikatlarla təltif olunacaqlar.

Ən yüksək nəticə göstərən tələbələr isə praktik təlim keçmək və hədiyələr və diplom qazanmaq şansı əldə edəcək və beynəlxalq, yerli tədbirlərdə iştirak etmək üçün komanda formalaşmış olacaqdır

 

Qeydiyyat və ətraflı məlumat üçün:
https://forms.gle/tMMQFvAGXGvsEaPMA