Rezidentlərin nəzərinə!

Rezidentlərin dövri attestasiyası haqqında

18 mart 2020-ci il tarixində Azərbaycan Tibb Universitetdə həkim-rezidentlər üçün dövri attestasiya imtahanı keçiriləcəkdir.

Dövrü attestasiya test formasında həyata keçirilir. Test mərhələdə rezident 2 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 50 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 30 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az yerləşdirilibdir.
Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Dövrü Attestasiya 18.02.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 14.02.2020-ci il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.