Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən, 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılır, bütün tədbirlər təxirə salınır.
Bu müddət ərzində ali təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin aparılacağına görə, kafedraların professor-müəllim heyəti və tədris köməkçi heyətinin üzvlərinin də 3-9 mart 2020-ci il müddətində işə gəlməsi dayandırılır. Bu qayda kafedranın bütün əməkdaşlarına şamil olunur.
Lakin həmin müddətdə kafedralarda növbətçilik prinsipinin tətbiq olunması şərtdir. Kafedra müdirləri, yaxud tədris hissə müdirləri bu müddət ərzində ya özləri işdə olmalı, yaxud əməkdaşlardan bir nəfəri növbətçi təyin etməlidirlər.