Tələbə və Doktorantların nəzərinə!

Azərbaycan Tibb Univesitetinin tələbələri və tədqiqatçıları üçün Wolters Kluwer Tibbi kitabxana portalına giriş əldə etmək imkanı yaranmışdır.

 

Portalda müxtəlif tibbi kitablar, audio-video dərs izahları, xüsusilə yuxarı kurs tələbələri üçün staj rotasiyaları, xəstə müzakirəsi, klinik bacarıq izahları və s. məlumatları əldə edə bilərsiniz. Portala giriş əldə etmək üçün əvvəlcə müvafiq dekanlığa (dekan müavinlərinə) müraciət edərək hər tələbə üçün hazırlanan e-mail və parolunuzu öyrənin. Bundan sonra https://lwwhealthlibrary.com/umbrella-index.aspx səhifəsinə daxil olaraq əldə etdiyiniz e-mail və parol ilə səhifəyə daxil ola bilərsiniz.