Tələbələrin nəzərinə!

ATU Tələbə Gənclər Təşkilatı rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək olmaq məqsədi ilə "Rezidenturaya birlikdə hazırlaşaq" adlı yeni layihəyə start verir.

Layihə çərçivəsində hər bir fənn üzrə ekspertlərin tələbələrlə vebinar formatında onlayn görüşü baş tutacaq. Görüş zamanı rezidenturaya hazırlaşan tələbə və məzunlar hər bir fənn üzrə onları daha çox maraqlandıran sualları ekspertlərə ünvanlaya və cavab tapa biləcəklər.

Layihə çərçivəsində ilk görüş ATU-nun Normal fiziologiya kafedrasının dosenti Aqil Əliyevin iştirakı ilə baş tutacaq.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

Hər birinizi vebinara qoşulmağa dəvət edirik !

???? Görüş yeri : ZOOM
????️ Tarix : 8 iyul
 Saat : 12:00

????Proqramı yükləmək üçün link : https://zoom.us/download

????Vebinarda iştirak etmək üçün qeydiyyat linki:
https://forms.gle/dUDkKoHBMdpxi71r5

????Növbəti görüşlər haqqında məlumat almaq üçün təşkilatın sosial media hesablarını izləyə bilərsiniz.