Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində həkim-rezidentlərə onlayn seminarlar keçirilir.
Qeyd etmək istərdik ki, onlayn seminar, video konfrans və mühazirələr Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı”ı çərçivəsində həyata keçirilir.
Rusiya Federasiyası, Moskva şəhərinin "LM-klinika" özəl tibb müəssisəsinin baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-ginekoloq Xumar Məmmədova tərəfindən 25 iyul, 21:00-da "Papillomavirus infeksiyası: müasir müayinə və müalicə metodları"mövzusunda video konfrans keçiriləcək.
Bu proqramın əsas məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbə və mütəxəssislərlə bölüşməsidir.
Tibbin müxtəlif sahələrini əhatə edəcək onlayn seminar, mühazirə və konfransların silsilə xarakter daşıması nəzərdə tutulub.
Video konfransda iştirak etmək istəyən rezident və həkimlər aşağıdakı linkə daxil ola bilərlər: