Azərbaycan Tibb Universiteti üzrə 2020-cu ildə yekun attestasiya imtahanından keçməyən, əmək qabiliyyətini müvəqqəti itirmiş, sosial məzuniyyətlə əlaqədar yekun attestasiyada iştirak edə bilməyən həkim-rezidentlərin nəzərinə:
Aşağıda qeyd olunan sənədləri 19.01.2021-ci il tarixindən 29.01.2021-ci il tarixinə qədər Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə təqdim etməlidirlər.
1. |
Ali tibb təhsili haqqında diplomun surəti (1 nüsxə) |
2 |
Şəxsiyyət vəsiqəsinin surəti (1 nüsxə) |
3 |
Yaşayış yerindən arayış |
4 |
Nigah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda) |
5 |
Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda) |
6 |
Məcburi köckün, qacqın və şəhid ailəsi üzvlərinin şəhadətnaməsinin surəti (mövcud olduğu halda) |
7 |
Rezidentin fərdi iş planı |
8 |
Rotasiyaların xasiyyətnamələri |
9 |
Elmi konfransda iştirak etməsi haqqında sənədin surəti (mövcud olduğu halda) |
10. |
Xarici ölkədə rotasiya keçmələri haqqında diplomun surəti (mövcud olduğu halda) |