Vebinarda iştirak etmək istəyən tələbələrin nəzərinə!
Müalicə-Profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin həyata keçirdiyi "Klinika - Təməl fənlərdə" adlı silsilə vebinarların bu dəfəki bölməsi "Fiziologiya" fənninə həsr olunacaq. 
 
Vebinar 13 fevral saat 12:00 tarixində keçiriləcək.
 
Bütün vebinarların sonunda aktiv tələbələr sertifikatla təmin ediləcəklər. Anketi dolduran ilk 80 nəfər "zoom" platformasında vebinara qoşulub müzakirədə iştirak edə, digər qeydiyyatdan keçən tələbələr isə "YouTube"dan canlı izləyə biləcəklər. Qeyd edək ki, "zoom" vasitəsilə qoşula bilməyənlər də sertifikat almaq şansına sahib olacaqlar. Bunun üçün hər vebinar sonrası sizinlə paylaşılan dəyərləndirmə anketlərini doldurmaq və sonda sizə təqdim ediləcək testdə uğurlu nəticə göstərmək lazımdır.
 
Vebinarın interaktiv, öyrədici keçməsi məqsədi ilə sizə əvvəlcədən mövzuları təqdim edirik:
1)Ürəyin hüceyrələrinin peysmeyker xüsusiyyəti
2) Endokrin sistem
3)Həzm sisteminin pozğunluqları
4) Diabet
5) Anemiyalar
6) Cinsiyyət sisteminin fiziologiyası
7) Tənəffüs sisteminin fiziologiyası
8) Vegetativ sinir sistemi
 
https://forms.gle/oCdvBkyij96KYXwy9