MƏZUN HƏKİM-REZİDENTLƏRİN NƏZƏRİNƏ

Yekun attestasiya üzrə  test mərhələsi 23 fevral 2021-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcək.

 

Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verməlidir. 50-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaqdır. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaqdır.Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi ixtisaslar üzrə aşağıda göstərilən  tarix və saatlarda Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir

Test tapşırığı nümunələri aşağıda qeyd olunmuşdur.

Çoxcavablı suallar

Xroniki periodontitlərin cərrahi müalicə üsullarına aiddir:

Diş kökünün hemiseksiyası (düz)

Diş kökünün amputasiyası (düz)

Kök zirvəsinin rezeksiyası (düz)

Ca-hidroksidlə depoforez (səhv)

K-yodidlə elektroforez(səhv)

Uyğunluq sualları

 Uyğunluğu müəyyən edin:

Diş kökü zirvəsinin rezeksiyası cox hallarda aparılır: -> təkköklü dişlərdə

Diş kökünün amputasiyası çox hallarda aparılır: -> çoxköklü dişlərdə

retensiya olunmuş dişlərdə

distopiya olunmuş dişlərdə

müvəqqəti dişlərdə

Rəqəmsal suallar

Diş kökünün hemiseksiyası zamanı dişin tacı neçə hissəyə bölünür?

100%

Söz seçmə suallar

Fenindionu n miqdarı təyini [[1]] ilə, təmizliyinin təyini [[2]] ilə, eyniliyinin təyini isə [[3]] ilə aparılır.

Bromato-yodometriya

NTX üsulu

Qatı sulfat turşusu

Susuz titrləmə

Kağız üzərində xromatoqrafiya

Qatı nitrat turşusu

Saat 10 00-1300

I zal

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Kardiologiya

Şüa-diaqnostikası

Narkologiya

Yoluxucu xəstəliklər

Allerqologiya və immunologiya

Uşaq cərrahiyyəsi

Travmatologiya-ortopediya

II zal

Laboratoriya işi

Mikrobiologiya

Patoloji anatomiya

Stomatologiya

Ürək-damar cərrahiyyəsi

Qastroenterologiya

Endokrinologiya

Dermatovenerologiya

Onkologiya

Hematologiya

Nevrologiya

Daxili xəstəliklər

Ftiziatriya

Pediatriya

Neyrocərrahiyə

 

Qeyd: Praktik məşğələlər üzrə ixtisas imtahanının tarixləri sonraki elanda göstəriləcək.  Həkim-rezidentlərin şifrələri ilə əlaqədar hər-hansı problem olarsa Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinin 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.

 

Rezidentura və magistratura  şöbəsi