9-cu Elmi-Təcrübi Konfransda iştirak etmək istəyənlərin nəzərinə!

2021-ci ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunan Azərbaycan Tibb Universiteti Rezidentlərinin 9-cu Elmi-Təcrübi Konfransının keçirilməsi nəzərdə tutulmuşdur (ATUREK-9).

Konfransın təşkilat komitəsi bütün klinik bazaların rezidentlərini və ATU-nun magistrlarını konfransda iştirak etməyə və konfransın toplusunda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri səsli və poster məruzələr şəklində dinləniləcəkdir. Rezidentlər tibbin 57 ixtisas üzrə,magistrlar isə əczaçılığın 7 ixtisası üzrə müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşacaq və müzakirə edəcəklər.

Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcəkdir. Ən yaxşı elmi tədqiqat işləri məqalə şəklində çap üçün seçiləcək və müvafiq elmi işlərin rəhbərlərinə diplomlar veriləcəkdir.

Konfransın təşkilat komitəsi ölkə rezidentlərini konfransda iştirak etməyə, topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib edilməlidir:
• 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);
• Times New Roman 14 (AZ) şriftində;
• Azərbaycan, rus və ya ingilis dilllərində;
• Tezisin bəndləri və onların ardıcıllığı:
o tezisin başlığı;
o tezisin müəllifləri, işin rəhbəri;
o tezis müəlliflərinin çalışdığı müəssisə;
o açar sözlər;
o giriş;
o tədqiqatın məqsədi;
o material və metodlar;
o nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);
o müzakirə.

Tezislər 30.04.2021-ci il tarixinə qədər müəllifin telefon №-si qeyd olunmaqla (CD Disk ilə yanaşı rezidentin və magistrların rəhbərinin dərkənarə ilə çap olunmuş variantda, Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinə (saat 930-dan 1500-dək) təqdim etməyiniz Sizdən xahiş olunur.

Əlaqə nömrəsi: (012)597-44-83
G-mail: [email protected]

Qeyd: Tezisin yazılış qaydalarına uyğun yazılmayan Tezislər qəbul edilməyəcək

Rezidentura və magistratura şöbəsi