Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən 23-24 aprel 2021-ci il tarixində Bakı şəhərində online keçiriləcək “Əczaçılığın Müasir problemləri” mövzusunda Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş V Beynəlxalq Elmi Konqresdə sizləri də aramızda görməkdən qürur duyacağıq!
Konqresdə əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində həmmərz elmlər sahəsində də aparılan elmi-tədqiqat işlərinin, həmçinin də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlərin müzakirəsi planlaşdırılır.
Əczaçılıq sahəsində Dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr arasında əlaqə yaradaraq müasir problemlərimizin həllinə çalışan konqresdə iştirakınıza ümid bəsləyirik.
Konqres haqqında daha ətraflı məlumatlar rəsmi saytda verilmişdir: - https://mppbic.com/