Əl gigiyenasının əhəmiyyətinə dair maarifləndirmə üçün Avropa İttifaqı və ÜST-nin ortaq “Sağlamlıq üçün Həmrəylik” layihəsi çərçivəsində tibb fakültələri və kollecləri tələbələri üçün əl yuma və steril əlçək geyinmə üzrə təlim keçirilir. Təlim əl gigiyenası ilə bağlı müsabiqənin tərkib hissəsi kimi baş tutacaq.
Əl gigiyenası haqqında daha çox məlumat əldə etmək və müsabiqəyə qatılmaq istəyirsinizsə, sizi 26 may saat 17:00-19:00-da ÜST-nin Azərbaycan Nümayəndəliyinin Facebook səhifəsində canlı yayını izləməklə təlimdə iştiraka dəvət edirik: https://www.facebook.com/WHO.AZERBAIJAN
Müsabiqə barədə daha ətraflı, o cümlədən qeydiyyatdan keçmək qaydaları haqqında məlumat təlim zamanı veriləcək. Qaliblərə noutbuk, tablet və müxtəlif tibbi cihazlar hədiyyə ediləcək.