Elektron kitabxana istifadəçilərinin nəzərinə!

Azərbaycan Tibb Universitetinin abunə olduğu Ebsco beynəlxalq elektron nəşriyyatı 2021 – ci il aprel  ayının  15 - dən oxucuların  istifadəsinə  verilmişdir. Oxucular Azərbaycan Tibb Universitetinin İP diapazonuna  qoşulan bütün kompüterlərdə   (klinikalar, tədris binaları, inzibati bina) amu.edu.az – onlayn kitabxana – elektron bazalar – search.ebscohost.com linkinə daxil  olaraq, eyni zamanda universitetin rəsmi domenli mailləri vasitəsilə (@amu.edu.az) istifadə edə bilərlər.