Beynəlxalq Elmi-praktik konfransda iştirak etmək istəyənlərin nəzərinə!

6-8 Oktyabr 2021-ci ildə Azərbaycan Tibb Universitetinin görkəmli elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2021” adlı Beynəlxalq Elmi-Praktiki konqres keçirələcək. Təqdim olunacaq işlər konqres materiallarında çap ediləcək.
Tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində yazılmalıdır.
- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır.
- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1interval aşağı) müəlliflərin soyadı və adı,çalışdığı kafedranın adı qeyd edilir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox və bir müəlif 2-dən çox tezis müəllifi olmamalıdır.
Tezislərin çap və elektron variantları (CD disk mütləqdir!) 30 iyun 2021-ci ilə qədər Universitetin Elmi hissəsinə birbaşa təqdim edilməlidir(çap olunmuş variant kafedra müdirinin təsdiqi ilə).
Konqres haqqında daha ətrafə məlumatı elmi hissədən əldə edə bilərsiniz.
Tel.: 994-12  597-45-11 E-mail: [email protected]