"Şizofreniya xəstəliyinin diaqnostika və müalicəsində müasir yanaşma" vebinarı keçiriləcək

"Şizofreniya xəstəliyinin diaqnostika və müalicəsində müasir yanaşma" mövzusuna həsr olunmuş vebinar keçiriləcək.

Vebinar 2021-ci il 9 iyul tarixində onlayn olaraq baş tutacaq.

 

Onlayn keçiriləcək vebinarda şizofreniya xəstəliyinin klinik xüsusiyyətləri və müasir nəzəri və praktiki yanaşmalar, ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaqdır. Təlimin keçirilməsində məqsəd ekspertlərin təcrübələrindən yararlanaraq tibb işçilərinin təkmilləşdirilməsi, həkimlərin bilik və bacarıqlarının artırılmasının davamlılığını təmin etməkdən ibarətdir.

 

Qeyd edək ki, şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir.

Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.

 

Əlaqə: 050 243 86 71

Qeydiyyat : https://www.uimconsulting.com/az/site/course/190