Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

             Azərbaycan Tibb Universiteti (ATU) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əyani formada tədrisə tam cəlbolunmaqla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

Sıra №si

İxtisasın şifrəsi

İxtisasın adı

Təhsil haqqı məbləği (manatla)

1

050904

Tibb

4 500

2

050902

İctimai səhiyyə

4 000

3

050903

Stomatologiya

4 000

4

050802

Əczaçılıq

4 000

    

            Təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu 2021-ci ilin avqust ayının 02-dən 20-dək həyata keçiriləcəkdir. Müsabiqədə əsas (baza) ali tibb təhsili ixtisasları üzrə məzunlar iştirak edə bilərlər. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri Universitetin Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinə yuxarıda göstərilən müddətdə təqdim etmələri xahiş olunur:

  1. Universitet rektorunun adına ərizə (ərizə formasını buradan yükləyə bilərsiniz);
  2. Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  3. Diploma əlavənin notarial qaydada təsdiq olunmuş surəti;
  4. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  5. 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil;
  6. Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

Hər hansı ixtisas üzrə sənədləri təqdim edən məzunların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır. Təhsilalma forması tədrisə tam cəlbolunma (full time) olacaqdır.

Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında təhsilin birinci ilində tam şəkildə ödənilir.

2020/2021-ci tədris ilindən etibarən bütün ixtisaslar üzrə Təhsil Proqramları dəyişilmiş və yenisi qəbul olunmuşdur. Buna görə də əlavə təhsil almaq istəyənlər hər hansı ixtisas üzrə Təhsil Proqramında nəzərdə tutulmuş bütün fənləri (I – VI kurslar üzrə olmaqla) yenidən dinləməlidirlər. Nəzərə almağınız xahş olunur.

Ünvan: Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 14, Azərbaycan Tibb Universiteti

Telefon: (+99412) 597 44 90

e-mail: [email protected]