Diqqət!
2021-2022-ci tədris ilində Azərbaycan Tibb Universitetinin rezidentura pilləsinə qəbul olmaq istəyən əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin nəzərinə:
Aşağıda qeyd olunan sənədlərlə birlikdə Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə yaxınlaşmağınız xahiş olunur. Sənədlərin son qəbul tarixi 10.09.2021-ci ildir.
1) Azərbaycan Tibb Universitetinin rektorunun adına ərizə
2) Ali tibb təhsili haqqında diplomun əsli və surəti (1 nüsxə)
3) Ali tibb təhsili haqqında diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nostrifikasiyası olunmasını təsdiq edən sənədin əsli (Azərbaycan Tibb Universitetini bitirmiş şəxslər üçün tələb olunmur)
4) Ümumvətəndaş passportunun əsli və surəti (1 nüsxə)
5) Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin surəti (əgər varsa)
6) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası vətəndaşı və ya vətəndaşlığa mənsubiyyətinin olmaması haqqında arayışın əsli və sürəti (1 nüsxə)
7) Tərcüməyi hal