Abituriyentlərin Azərbaycan Tibb Universiteti üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 19.09.2021-ci il, saat 23.59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə Portal.edu.az portalında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Nazirlik tərəfindən xeyli sayda Bakı, Sumqayıt, Abşeron, Naxçıvan və digər bölgələrdə qeydiyyat mərkəzləri və xüsusi dəstək qrupları yaradılıb. Mərəzklərdə ximdətlər ÖDƏNİŞSİZDİR.
Qeydiyyat mərkəzlərinin ünvanları ilə aşağıda əlavə olunmuş siyahıda tanış ola bilərsiniz.
Qeydiyyat üçün lazım olan sənədlər:
1. Attestat (əsli mütləq şəkildə Universitetə təqdim edilməlidir);
2. 3/4 ağ fonda fotoşəkil - 3 ədəd (Universitetə təqdim olunmalıdır);
3. Şəxsiyyət vəsiqəsinin surəti (Müqavilə bağlanılması zamanı Universitetə gəldikdə vəsiqənin əsli olmalıdır);
4. DİM tərəfindən verilən imtahan nəticəsi haqqında sənəd (Universitetə gəldikdə təqdim edilməlidir);
5. Oğlan tələbələr üçün çağırış məntəqəsinə təhkim olma vəsiqəsi (surəti portal yerləşdirilir, əsli mütləq şəkildə Universitetə təqdim edilməldiir). Oğlanlar üçün hərbi xidmətlə bağlı sənədinin portal.edu.az-da yüklənməsi məcburidir və abituriyenlər tərəfindən yüklənməlidir.
Təhsil haqqı güzəşti və təqaüd üçün müraciət edənlərdə isə təsdiqedici sənədlərin yüklənməsi portal.edu.az-da məcburi sənəddir. Bu kateqriyalardan istifadə etmək istəyənlər mütləq sənədləri yükləməlidirlər.
Qeyd edək ki, https://edu.gov.az/az/faq linkinə daxil olaraq, sizi maraqlandıran digər suallara cavab tapa bilərsiz.