Azərbaycan Tibb Universitetində Aİ-nin maliyyələşdirdiyi COVID 19-a qarşı peyvəndləməyə dəstək layihəsi çərçivəsində (EU-funded COVID-19 Vaccination and Vaccine Preparedness and Deployment Programme) Basic Life Support (BLS) və Advance Life Support (ALS) təlimləri davam edir. Təlim Tədris Cərrahiyyə Klinikasının13-cü mərtəbəsində keçirilir. Nəzəri və praktik hissələrdən ibarətdir. BLS 2 gün, ALS 5 günlük kurslardır.( Hər gün 4 saat olmaqla). Sonda yüksək nəticə göstərən iştirakçılara beynəlxalq təşkilatların nümayəndələrinin imzası olan sertifikat verilir. Təlimlər ATU-nun həkim, həkim rezidentləri, 5-6-cı kurs tələbələri, ATU nəzdində olan klinikaların orta və kiçik personalı üçün nəzərdə tutulmuşdur. Təlim ödənişsizdir. Təlimə yazılmaq istəyən +994555484561 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçməlidir, pandemiya ilə əlaqədar qruplarda iştirakçı sayı məhduddur.